Putinlə Makron Cənubi Qafqazı müzakirə etdilər
Bizi izləyin

Avropa

Putinlə Makron Cənubi Qafqazı müzakirə etdilər

Rusiya prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında Fransa tərəfinin təşəbbüsü ilə telefon danışığı olub.

Publika.az xəbər verir ki, bu barədə Kremiln mətbuat xidməti məlumat yayıb.

Söhbət zamanı Cənubi Qafqazdakı vəziyyət ətrafında da fikir mübadiləsi aparılıb. Vladimir Putin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilmiş üçtərəfli görüşünün əsas nəticələri barədə Makrona məlumat verib. O, regionda atəşkəs rejiminə əməl olunması, qaçqınların geri qaytarılması, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində müvafiq tədbirlərin həyata keçirildiyini bildirib.

Danışıqlar zamanı Aİ Şurası rəhbəri Şarlı Mişelin İlham Əliyev və Nikol Paşinyanla 2021-ci il dekabrın 14-nə planlaşdırılan görüşünün də faydalı olacağına ümid ifadə edilib.

Həmçinin, ATƏT-in Minsk Qrupu həmsədrlərinin (Rusiya, ABŞ, Fransa) vasitəsilə prosesin sürətləndirilməsinin məqsədəuyğunluğu qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm