Avropa
Çarx tərsinə fırlandı: Aİ-dən ilhamlanan İsveçrə Rusiyaya qarşı...

İsveçrə hökuməti Aİ-nin altıncı məhdudlaşdırıcı tədbirlər paketinə bənzətməklə, Ukraynaya qarşı təcavüzə görə Rusiyaya sanksiyalar tətbiq edib.
Publika.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının press-relizində deyilir.
"İyunun 29-da qəbul edilən qərarla İsveçrə Rusiyanın Ukraynaya davam edən hərbi təcavüzünə cavab olaraq iyunun 3-də Avropa İttifaqı tərəfindən görülən yeni tədbirləri həyata keçirəcək (altıncı sanksiyalar paketi)", - məlumatda deyilir.
Qeyd olunur ki, sanksiyalara xam neft və Rusiya mənşəli bəzi növ neft məhsullarına embarqo daxildir.
“Aİ-nin tədbirləri ilə analoji olaraq, İsveçrədə və ya onun daxilində (bu məhsulların – red.) alınması, idxalı, tranziti və daşınması qadağandır”, - məlumatda deyilir.
İsveçrə hökuməti Avropa İttifaqında olduğu kimi, keçid dövrlərindən sonra İsveçrədə də neft embarqosunun 2023-cü ilin əvvəlinə qədər mərhələli şəkildə tətbiq ediləcəyini bildirib.
Bundan başqa, maliyyə sektorunda şirkətlərə audit və konsaltinq xidmətlərinin göstərilməsi, o cümlədən Rusiyanın bir sıra KİV-lərində, o cümlədən "Russia Today" və "Sputni"də məhsulların reklamı qadağandır.
Sənəd iyunun 29-da Bakı vaxtı ilə saat 20:00-da qüvvəyə minir.
İyunun 10-da İsveçrə hökumətinin Ukraynaya qarşı təcavüzə görə Rusiya və Belarusa qarşı sanksiyaları genişləndirdiyi və bu sanksiyaları Aİ-nin bu ölkələrə qarşı altıncı məhdudlaşdırıcı tədbirlər paketi ilə sinxronlaşdırdığı bildirilib.
Hüseyn İbadlı

-
Qoroskop00:45
Günün ULDUZ FALI: belə addım atsanız, münaqişə yarana bilər
-
İdman00:23
Qurban Qurbanov: "Asan qələbə olmadı, futbolçularımı qucaqlayıram"
-
Rəsmi xronika00:13
İlham Əliyev Konyada Rəcəb Tayyib Ərdoğanla görüşdü - FOTO
-
Nida Xəbər 9 Avqust 23:24
Mehriban Əliyeva İslamiadanın açılış mərasimindən paylaşım etdi - FOTO
-
ABŞ9 Avqust 22:48
Bayden İsveç və Finlandiyanın NATO-ya daxil olması ilə bağlı protokollar imzaladı
-
Hadisə9 Avqust 22:42
Yevlaxdakı yanğınla bağlı bir nəfər saxlanıldı - RƏSMİ
-
Art9 Avqust 22:32
Azərbaycanın Əməkdar rəssamı vəfat etdi - FOTO
-
Avropa9 Avqust 20:24
Ukraynada “Bayraktar” istehsalı bu tarixdən BAŞLAYACAQ