Avropa
Avropa İttifaqına sədrlik bu ölkəyə keçir
Çexiya bu gündən etibarən Avropa İttifaqına (Aİ) sədrliyi Fransadan təhvil alıb.
Publika.az xəbər verir ki, Çexiyanın prioritetləri arasında ilk yerdə Rusiyanın fevralın 24-də müharibə elan etdiyi Ukraynaya dəstək vermək və bu ölkəyə daha çox iqtisadi və hərbi yardım göstərilməsinə imkan yaratmaqdır.
Aİ-də Ukraynaya silah və texnikanın verilməsində ən çox dəstək verən ölkələr sırasında olan Çexiya Ukraynanın yenidən qurulmasına üstünlük verəcək.
Çexiya artan enerji qiymətləri fonunda həm inflyasiya, həm də Aİ-nin enerji asılılığına həll yolları tapmağa çalışacaq və diqqətini rəqəmsallaşma, kiber və kosmos təhlükəsizliyi, eləcə də yaşıl transformasiyaya yönəldəcək.
Qeyd edək ki, Çexiya Aİ daxilindəki fərqliliklərin azaldılmasını ehtiva edən uyğunlaşdırma siyasətini də müzakirə edərək, münasibətlərdəki fərqləri azaltmağa cəhd edəcək.
-
Hadisə14:20
Azərbaycanlı iş adamı öldürüldü
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi