Rus hərbçilər Ukraynada öz komandirlərini ƏSİR GÖTÜRDÜLƏR
Bizi izləyin

Avropa

Rus hərbçilər Ukraynada öz komandirlərini ƏSİR GÖTÜRDÜLƏR

Rus batalyonlarından birində hərbçilər qaçmağa çalışdıqdan sonra öz komandirlərini əsir götürüblər.

Publika.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi rus hərbçi ilə həyat yoldaşının söhbətinin səs yazısını yayıb.

Audio faylda o, sevgilisinə deyib ki, qonşu bölmədə qaçmaq istəyən komandir tabeliyində olanlar tərəfindən saxlanılıb:

"Dördüncü batalyon, batalyon komandirini əsir götürdülər".

Səsi dinlənilən rus hərbçi özü də bir gün əvvəl ciddi döyüşə girib və qaçmaq perspektivi haqqında düşünür. Onun sözlərinə görə, çağırış ərəfəsində, 300 rusdan iyirmi nəfərdən çoxu vəzifələrindən çıxarılıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm