Rus şahmatçı İddiaçılar Turnirini vaxtından əvvəl qazandı
Bizi izləyin

Avropa

Rus şahmatçı İddiaçılar Turnirini vaxtından əvvəl qazandı

Rus şahmatçı Yan Nepomnyaşi vaxtından əvvəl İddiaçılar Turnirinin qalibi olub.

Publika.az xəbər verir ki, rusiyalı şahmatçı yarışın 13-cü turunda macarıstanlı Riçard Rapportla heç-heçə oynayıb və 9 xal toplayaraq vaxtından əvvəl qələbəsini təmin edib.

O, Maqnus Karlsenlə şahmat tacı uğrunda görüşə çıxacaq. Hərçənd, norveçli bu görüşdən imtina etmək imkanına sahibdir.

Qeyd edək ki, Nepomnyaşi İddiaçılar Turnirini ikinci ildir ki, ardıcıl olaraq qazanır. O, artıq 2021-ci ilin sonunda şahmat tacı uğrunda görüşdə Karlsenlə qarşılaşıb və böyük hesabla (7,5:3,5) məğlub olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm