Papa Fransisk istefa verir? Özü açıqladı
Bizi izləyin

Avropa

Papa Fransisk istefa verir? Özü açıqladı

Dünya katoliklərinin ruhani lideri Papa Fransisk öz vəzifəsini tezliklə tərk etməyi planlaşdırmadığını və mümkün qədər tez Moskva və Kiyevə səfər etmək istədiyini bildirib.

Publika.az xəbər verir ki, Papa Fransisk Vatikandakı şəxsi iqamətgahında son günlər səsləndirilən iddialarla bağlı "Reuters" agentliyinə danışıb.

Xərçəng xəstəliyinə tutulması ilə bağlı iddiaları təkzib edən Papa, "həkimlər mənə belə bir şey deməyiblər" - deyə zarafat edib.

Papa Fransiskin bu yaxınlarda L'Aquila şəhərinə səfəri onun postunu tərk edəcəyi ilə bağlı iddiaları gündəmə gətirib. Çünki 2013-cü ildə səhhətinə görə postunu tərk edən Papa XVI Benedikt də istefa verməzdən əvvəl L'Aquila şəhərinə getmişdi. Bu tip fərziyələrə aydınlıq gətirən Papa qeyd edib ki, bunların hamısı təsadüfdür və belə bir şey heç ağlıma da gəlməyib.

Bununla belə, Papa bildirib ki, əgər səhhəti ona işləməyə mane olarsa, bir gün istefa verə bilər. Bunun nə vaxt baş verə biləcəyini soruşduqda o, "biz bilmirik, Allah bilir" - cavabını verib.

Fevralın 24-də Rusiyanın Ukraynaya hücumlarını qiymətləndirən Papa Rusiyanın işğalını pisləyərək, "amansız və mənasız bir təcavüz müharibəsi" elan edib.

Papa həmçinin Ukraynaya getmək istədiyini, amma əvvəlcə Moskvaya səfər etmək istədiyini bildirib. O, "ümid edirəm ki, Rusiya prezidenti mənə sülh üçün kiçik bir ümid yeri verəcək" deyib.

Aysel Məmmədova

Oxumağa davam et
Reklam
Reklam

Gündəm