Avropa
Ukrayna nüfuzlu kosmik dövlətə çevrilə bilər - "Noosphere Ventures"
Son illərdə Ukraynanın kosmik sənayesi durmadan inkişaf edib, ona görə də müharibədən sonra Ukraynanın Avropanın və dünyanın ən nüfuzlu kosmik güclərindən birinə çevrilmək üçün hər şansı var.
Publika.az xəbər veirr ki, bu bu barədə Amerikanın aktivlərin idarə edilməsi üzrə ixtisaslaşmış "Noosphere "Ventures şirkətinin hesabatında deyilir.
"Tammiqyaslı müharibədən əvvəl hökumət ölkənin 5 illik kosmik strategiyasının büdcəsini təsdiqləyib. Ona əsasən, təkcə 2022-ci ildə bütün sektorun 151 milyon avro ilə maliyyələşdirilməsi planlaşdırılırdı. Müharibə bitdikdən sonra bu rəqəm yəqin ki, artacaq”, - hesabatda deyilir.
Ona görə də Ukraynanın Avropa Kosmik Agentliyi ilə əməkdaşlıq sayəsində kosmik sahədə öz mövqeyini yaxşılaşdırmaq imkanı var.
"Beləliklə, Ukrayna ESA proqramlarını birgə maliyyələşdirə bilər və bu göstəriciyə görə ilk on Avropa ölkəsinə daxil olacaq", - şirkət qeyd edir.
Mütəxəssislər güclü tərəflər arasında Ukraynanın geniş tarixi təcrübəsini və mövcud texnologiyaları günün tələblərinə uyğunlaşdıra bilən mütəxəssislərin mövcudluğunu qeyd edirlər. Eyni zamanda, Ukraynanın müdafiə qabiliyyətinin gücləndirilməsi üçün kosmik texnologiyaların inkişafının da vacib olduğuna diqqət çəkirlər.
"Rusiya ilə müharibədən sonra Ukrayna kosmosda öz qüvvələrini artırmağa borcludur. Rusiya ilə müharibə bir sıra səbəblərə görə öz kosmik texnologiyalarına və ikili istifadə texnologiyalarına sahib olmağın nə qədər vacib olduğunu göstərdi", - Noosphere Ventures hesab edir.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!