Conson erkən seçkilər təyin etməyəcək
Bizi izləyin

Avropa

Conson erkən seçkilər təyin etməyəcək

Böyük Britaniyanın Baş naziri Boris Conson hökumətinin düşdüyü kəskin siyasi böhrana son qoymaq üçün erkən seçkilər təyin etməyəcəyinə söz verib.

Publika.az xəbər verir ki, o, bu barədə Britaniya parlamentinin İcmalar Palatasının əlaqələndirmə komitəsinin suallarını cavablandırarkən bildirib.

"Mən qətiyyən seçkilərə ehtiyac görmürəm. Təbii ki, onları rədd edirəm, ümumi seçkinin keçirilməli olduğu ən yaxın tarix 2024-cü ildir", - Conson deyib.

Böyük Britaniyanın Baş naziri istənilən vaxt növbədənkənar seçkilər təyin etmək hüququna malikdir. Qalib gəldiyi təqdirdə hökumətin başında yenidən beş illik müddətə - növbəti seçkiyə qədər səlahiyyət əldə edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm