Avropada meymunçiçəyinə yoluxma sayı açıqlandı
Bizi izləyin

Avropa

Avropada meymunçiçəyinə yoluxma sayı açıqlandı

Avropa regionunun 38 ölkə və bölgəsində 15 926 meymun çiçəyi hadisəsi aşkar edilib.

Publika.az xənər verir ki, bu barədə Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi (ECDC) bildirib.

2 avqust 2022-ci il tarixinə olan məlumata əsasən, "TESSy" Avropa müşahidə sistemi vasitəsilə 32 Avropa ölkəsindən iki ölüm də daxil olmaqla 15 624 yoluxma faktı barədə bildirib.

Ən çox yoluxma halları 31-40 yaş arası (41%) və kişilərdə (99,1%) olub. Çox vaxt yoluxan şəxslərdə səpgi (94,8%) və qızdırma, yorğunluq, əzələ ağrısı, titrəmə və ya baş ağrısı (65%) kimi sistemik simptomlar olub. 399 nəfər (5,6%) xəstəxanaya yerləşdirilib, onlardan 150 nəfərinin stasionar yardıma ehtiyacı olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm