Kosovoda casusluq edən rusiyalı jurnalist QANDALLANDI
Bizi izləyin

Avropa

Kosovoda casusluq edən rusiyalı jurnalist QANDALLANDI

Kosovonun daxili işlər naziri şənbə günü sərhəddə rusiyalı jurnalisti casusluqda şübhəli bilinərək həbs etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Ölkənin daxili işlər naziri Cəlal Şveçla jurnalistin adını açıqlayıb - bu, "Komsomolskaya Pravda" nəşrində çalışan Daria Aslamovadır.

“Bir çox ölkələr onun Rusiya hərbi kəşfiyyatı üçün casusluq etdiyini və özünü jurnalist kimi təqdim etdiyini sübuta yetirib”, - deyə məlumatda bildirilir.

Xatırladaq ki, bundan əvvəl Serbiya və Kosovo arasında münaqişənin kəskinləşdiyi bildirilib. Qismən tanınan ştatın şimalında iyulun 31-də atışma və sirena səsləri eşidilib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm