NATO seçim qarşısında: Afinaya F-35 satsa, Türkiyə... - SENSASİON TƏHLİL
Bizi izləyin

Avropa

NATO seçim qarşısında: Afinaya F-35 satsa, Türkiyə... - SENSASİON TƏHLİL

ABŞ-ın aparıcı media qurumlarından olan “Business Insider” Türkiyə-Yunanıstan-ABŞ xəttində baş verən hadisələrə diqqət yetirərək geniş təhlil dərc edib.

Publika.az-ın məlumatına görə, təhlildə deyilir: “ABŞ istehsalı olan döyüş təyyarələri üçün tender müharibəsi NATO-nun ən az dost üzvləri arasında gərginliyi artıra bilər”. İki ölkə arasındakı gərginlik iki NATO müttəfiqi arasında onsuz da kövrək olan münasibətləri daha da pisləşdirə bilər.

Türkiyə və Yunanıstanın NATO-nun ən dəyərli, lakin ən düşmən müttəfiqləri olduğu bildirilən təhlildə hər iki ölkənin Vaşinqtondan döyüş təyyarələri almaq istədiyi xatırladılıb. Yunanıstanın 20 ədəd F-35 almaq istədiyi qeyd edilərkən, Türkiyənin də son vaxtlar F-16 və F-16 modernləşdirmə dəstləri almaq istədiyinə diqqət çəkilib.

“Bayden yola gətirilməlidir...”

Məqalədə deyilir ki, “Yunanıstanın döyüş təyyarələri almaq tələbi Afinanın Vaşinqtonla təhlükəsizlik əlaqələrinin artdığı bir vaxta təsadüf edib. Türkiyənin tələbi üçün bu satışı dəstəklədiyini deyən ABŞ Prezidenti Co Bayden Konqresi bu satışın ABŞ-ın milli təhlükəsizliyi üçün vacib olduğuna inandırmalıdır.

Türkiyə və Yunanıstanın NATO üçün strateji nöqtədə olduğuna diqqət çəkərək, “Onların münasibətləri NATO-nun qalan hissəsindən fərqli istiqamətdə gedir və biri yeni təyyarə alsa, digəri almasa, uzun müddətdir davam edən rəqabəti daha da pisləşə bilər. Türkiyə və Yunanıstanın zəif münasibətləri var”, - bəyanatda deyilir.

Vaşinqtonda hesablar dəyişə bilər

Yazıda iki ölkə arasında həll olunmamış problemlərin olduğuna diqqət çəkilərək, “Türkiyənin digər NATO üzvləri və xüsusilə, ABŞ ilə münasibətləri pisləşib. Ankara F-35 proqramının bir hissəsi idi, lakin ABŞ Rusiyadan S-400 alması ilə bu proqramdan çıxarıldı” - deyə vurğulanıb.

Ankaranın ABŞ-dan müsbət cavab almadığı təqdirdə alternativlərə müraciət edəcəyi bildirilərkən, təhlildə diqqətçəkən şərh də yer alıb.

“Birləşmiş Ştatlar uzun müddətdir ki, Yunanıstan və Türkiyəyə dəstək verərək düşmənçilik hərəkətlərini cilovlamağa çalışır, çünki bu iki ölkə Cənub-Şərqi Avropada mühüm mövqedədir. ABŞ-ın qərəzsiz vasitəçi kimi çıxış etməsi çağırışları davam etsə də, Afina ilə münasibətlərin gərginləşməsi və Ankara ilə gərginlik Vaşinqtonda hesabların dəyişə biləcəyini göstərir” – şərhdə deyilir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm