ŞOK PLAN: Aİ Ukraynadan tələb edəcək ki, Rusiyaya...
Bizi izləyin

Avropa

ŞOK PLAN: Aİ Ukraynadan tələb edəcək ki, Rusiyaya...

Bir sıra Aİ ölkələri Rusiyanın tərəfinə keçə və Ukraynadan Moskvaya güzəşt tələb edə bilər.

Publika.az xəbər verir ki, bu fikri “Foreign Affairs” jurnalı üçün dərc olunan məqaləsində Avropa komissarının xarici siyasət üzrə keçmiş müşaviri Natali Tocci bildirib.

O qeyd edib ki, parçalanmanın səbəbi hərbi əməliyyatların mümkün aktiv fazasının başa çatması ola bilər.

"Avropa koalisiyası üçün əsas təhlükə indiyə qədər olduğu kimi eskalasiyanın dayandırılmasında irəliləyişin olmaması deyil, Moskvaya Aİ ölkələrindən bəzilərini öz tərəfinə çəkməyə imkan verəcək münaqişədə müqayisəli sakitlik ola bilər. Nəticədə Kiyevi güzəştə getməyə məcbur edəcəklər", - Tocci yazıb

Onun fikrincə, Avropada enerji böhranı pisləşərsə, bu ssenarinin baş vermə ehtimalı daha yüksəkdir.

Daha əvvəl bildirilmişdi ki, Aİ qaz istehlakını könüllü olaraq son beş il ərzində orta istehlakla müqayisədə 15% azaltmaq planını qəbul edib və bu plan 2023-cü il martın 31-dək qüvvədə olacaq. Azaltmada məqsəd Rusiyadan yanacağın tədarükündə mümkün fasilələrə hazırlaşmaqdır. Bu tədbir müstəsna və qeyri-adidir. Gələn ilin yazında Avropa Komissiyası onun effektivliyini qiymətləndirəcək və Aİ-yə qaz tədarükü ilə bağlı ümumi vəziyyətin fonunda mümkün uzadılmasını nəzərdən keçirəcək.

Bu arada İsveçrənin ElCom Elektrik Enerjisi üzrə Federal Komissiyasının rəhbəri Verner Luqinbühl qarşıdan gələn qışda ölkədə elektrik enerjisinin verilməməsi ehtimalı ilə əlaqədar həmvətənləri şam və odun ehtiyatı toplamağa çağırıb. Özü də etiraf etdi ki, artıq odun ehtiyatı düzəldib, fənərlər və akkumulyatorlar alıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm