Cənubi Avropa ölkələri gizli şəkildə Rusiya neftini alır
Bizi izləyin

Avropa

Cənubi Avropa ölkələri gizli şəkildə Rusiya neftini alır

Cənubi Avropa və Aralıq dənizi ölkələri gizli şəkildə Rusiyadan neft alırlar.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Agentliyin məlumatına görə, Rusiyanın Qara və Baltik dənizlərindəki ixrac terminallarından İtaliya limanlarına neft tədarükünün həcmi son 7 həftənin maksimal həddinə çatıb.

İspaniya da öz növbəsində aprel ayından bəri ilk dəfə Rusiyanın "Urals" markalı neft partiyasını alıb. Çatdırılmanın Qazaxıstandan edildiyi bildirilir.

Bundan əvvəl bildirilmişdi ki, Avropa İttifaqı ölkələrinin energetika nazirləri iyulun 26-da Rusiya qazı, nefti və kömüründən asılılığın azaldılması məsələsinə baxacaqlar. Bu barədə Fransa Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, Aİ Rusiyanın enerji resurslarından tez bir zamanda imtina etmək istəyir.

Qeyd edək ki, Avropa Komissiyası Avropa İttifaqı ölkələrini sentyabrın sonuna qədər 2023-cü il martın 31-dək qaz istehlakının könüllü olaraq 15% azaldılması planını təqdim etməyi öhdəsinə götürüb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm