Polşada sovet əsgərinin xatirəsinə ucaldılmış ABİDƏ SÖKÜLDÜ
Bizi izləyin

Avropa

Polşada sovet əsgərinin xatirəsinə ucaldılmış ABİDƏ SÖKÜLDÜ

Polşanın Malbork şəhərində Qırmızı Ordunun şərəfinə ucaldılmış abidə sökülüb.

Publika.az xəbər verir ki, bu barədə Polşanın Dövlət Aktivlərinə Nəzarət naziri Karol Rabenda məlumat yayıb.

“Bir neçə ay əvvəl biz şəhərin meri ilə görüşdük və onun ləğvi ilə bağlı razılığa gəldik” – o bildirib.

Bundan əvvəl Estoniyanın Simuna kəndində sovet əsgərlərinə ucaldılmış abidə dağıdılıb. Naməlum şəxslər “1941-1945-ci illərdə ölkəmizin azadlığı və müstəqilliyi uğrunda döyüşlərdə həlak olmuş qəhrəmanların əbədi xatirəsi” yazılmış abidəni söküblər.

Ötən həftə Estoniya hökuməti bütün sovet abidələrini sökmək qərarına gəlib. Respublikada onların sayı 400-ə qədərdir. Bildirilir ki, Estoniya gizli şəkildə sovet abidələrini sökməyə hazırlaşır. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Estoniyanın sovet abidələrinin sökülməsi qərarını “ortaq tarixə qarşı müharibə” adlandırıb.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm