İspaniyada öküz bayramı yenə CAN ALDI
Bizi izləyin

Avropa

İspaniyada öküz bayramı yenə CAN ALDI

İspaniyada öküz bayramı zamanı iki nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə "Norte de Castilla" nəşri məlumat yayıb.

La Seka bələdiyyəsində festivalın sonuncu günü avqustun 9-na keçən gecə baş tutub. Öküz iştirakçılardan birinə hücum edərək, onun boynuna buynuzları ilə zərbə endirib. Zərərçəkən xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Mərhumun ölkənin şimal bölgəsindən əyləncə tədbirlərinə qatılmaq və dincəlmək üçün gəldiyi məlum olub.

Bundan başqa, daha bir nəfər infarkt nəticəsində dünyasını dəyişib. Şənliklər başlamazdan əvvəl səhhəti kəskin şəkildə pisləşdi, o da başqa şəhərdən La Sekaya gəlib.

Hadisələrdən sonra şəhərin meri Qreqorio Bayon faciəvi hadisələrə görə festivalın vaxtından əvvəl başa çatacağını açıqlayıb. Yerli sakinlər bu qərarı alqışlarla dəstəkləyiblər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm