Abramoviç Britaniyadakı əmlakını sata bilməyəcək
Bizi izləyin

Avropa

Abramoviç Britaniyadakı əmlakını sata bilməyəcək

Rusiyalı iş adamı Roman Abramoviç Böyük Britaniyanın sanksiyaları altında olarkən əmlakını sata bilməz. Hazırda onun Britaniya banklarındakı vəsaitləri dondurulmuş vəziyyətdə qalır.

Publika.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, Abramoviçin Kensinqton ərazisindəki malikanəsinin və Londonda “Çelsi Waterfront” yaşayış kompleksindəki penthausunun satılma ehtimalı yoxdur.

O, həmçinin “Evraz” mədən-metallurgiya şirkətindəki payını (28,64 faiz) sata bilməz. Abramoviç sanksiya siyahısına salındıqdan sonra London birjasında şirkətin səhmlərinin qiyməti 87 faiz ucuzlaşıb. May ayında Böyük Britaniya hökuməti "Evraz"a sanksiya tətbiq edib və onun aktivlərini dondurub.

"Bloomberg" Milyarderlər İndeksinə görə, fevralın 24-də Rusiyanın Ukraynaya təcavüzündən əvvəl Abramoviçin Londondakı əsas aktivləri 4 milyard funt-sterlinq (4,8 milyard dollar) dəyərində qiymətləndirilirdi.

Martın 10-da Abramoviç Böyük Britaniyanın sanksiya siyahısına daxil edilib. Martın 15-də Avropa İttifaqı sahibkarlara məhdudiyyətlər tətbiq edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm