Almanlar Ukrayna tərəfdən DÖYÜŞÜR?
Bizi izləyin

Avropa

Almanlar Ukrayna tərəfdən DÖYÜŞÜR?

Rusiyalı politolq belə bir fərziyyə-iddia ilə çıxış edib.

Publika.az xarici media portallarına istinadla xəbər verir ki, Rusiyanın tanınmış politoloqu Aleksandr Sosnovski belə bir fərziyyə irəli sürüb ki, artıq Berlində almanların Ukrayna ərazisində davam edən xüsusi hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı açıq etiraflar edilir.

Siyasi ekspert bununla bağlı konkret olaraq Almaniya Xristian-Demokrat Partiyasının başçısı Fridrix Mersin adını çəkir. Politoloq onun yaxın gələcəkdə hökumət koalisiyasında kansler postunu tuta biləcəyini də vurğulayır.

Sosnovski Mersin bu müharibədə Almaniyanın neytral qalmadığını və Avroittifaqın bütün üzvləri ilə birlikdə Ukraynanın tərəfində dayandığını etiraf etdiyi videogörüntünü sosial şəbəkədə yerləşdirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm