Makron Finlandiya və İsveçə yaşıl işıq YANDIRDI
Bizi izləyin

Avropa

Makron Finlandiya və İsveçə yaşıl işıq YANDIRDI

Fransa prezidenti Emmanuel Makron Finlandiya və İsveçin NATO-ya daxil olma protokollarını imzalayıb.

Bu barədə Publika.az "Agence France-Presse"ə istinadla xəbər verir.

"Finlandiya və İsveçin bu suveren seçimi onların bilavasitə yaxınlığında mövcud təhlükə qarşısında təhlükəsizliyini gücləndirəcək və bu iki tərəfdaşın imkanlarını nəzərə alaraq kollektiv mövqeyə və Avropa təhlükəsizliyimizə əhəmiyyətli töhfə verəcək", - Makron bildirib.

Avqustun 9-da ABŞ prezidenti Co Bayden də iki ölkənin NATO-ya daxil olması üçün protokollar imzalayıb.

İyun ayında NATO ölkələri rəsmi olaraq Finlandiya və İsveçə Alyansa qoşulmaq üçün dəvət göndəriblər. Hərbi blokun bir hissəsi olmaq üçün ona daxil olan bütün dövlətlərin razılığı lazımdır.

Ankarada Stokholm və Helsinkinin daxil olmasına qarşı çıxıb və bildirib ki, bu ölkələr Türkiyədə qadağan olunmuş "Kürdüstan Fəhlə Partiyası"nı dəstəkləyir. Üçtərəfli danışıqlar zamanı məsələ həll olunub.

Ölkələr razılığa gəliblər ki, onun müddəalarının həyata keçirilməsi Finlandiya və İsveçin Türkiyənin səsini almasına və NATO-ya daxil olmasına imkan verəcək. İsveç hələlik Türkiyəyə ekstradisiya üçün yalnız on partiya üzvünün siyahısını hazırlayıb.

Finlandiyanın xarici işlər naziri Erkki Tuomioja bildirib ki , İsveç və Finlandiya bir ildən az müddətdə NATO-nun tamhüquqlu üzvü ola bilərlər .

Bundan əvvəl Rusiya Təhlükəsizlik Şurasının sədri Dmitri Medvedev bildirmişdi ki, əgər Finlandiya və İsveç NATO-ya daxil olduqdan sonra təhlükə yaranarsa, Rusiya buna simmetrik cavab verəcək . Kreml Finlandiya və İsveçin NATO-ya daxil olmasını Rusiyanın təhlükəsizliyinə təhdid hesab edir.

Rusiya Xarici İşlər Nazirliyi ölkələri NATO-ya daxil olan zaman hərbi-texniki reaksiya ilə bağlı xəbərdarlıq edib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm