Boris Conson Yunanıstana tətilə getdi
Bizi izləyin

Avropa

Boris Conson Yunanıstana tətilə getdi

İyulun əvvəlində istefa verdiyini açıqlayan Böyük Britaniyanın sabiq baş naziri Boris Conson məzuniyyətə çıxıb və tətilini Yunanıstanda keçirir.

Publika.az xəbər verir ki, bu barədə siyasətçinin mağazada alış-veriç edərkən görüntülənən videosunu protothema.gr nəşri dərc edib.

Görüntülərin Şərqi Attikanın Nea Makri qəsəbəsindəki supermarketdə çəkildiyi bildirilir. Nəşr qeyd edir ki, siyasətçinin orada olması onu lentə alan digər alıcılar tərəfindən dərhal fərq edilib.

Bundan başqa, kadrda onun həyat yoldaşı Kerri Simmonds, eləcə də bir neçə mühafizəçi olduğu görünür.

Siyasətçimin özü isə məzuniyyətə getdiyini açıqlamayıb.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm