Ruslara YENİ QADAĞA: Şimali Avropa ölkələrində arqumentlər ölçülür
Bizi izləyin

Avropa

Ruslara YENİ QADAĞA: Şimali Avropa ölkələrində arqumentlər ölçülür

Avropada rusiyalı turistlərə viza verilməsinə qadağa qoyulması ilə bağlı müzakirələr davam edir, lakin konsensusa gəlmək asan olmayacaq.

Publika.az xəbər verir ki, bu barədə Almaniya və Şimali Avropa ölkələri liderlərinin Osloda Şimal Şurasının iclasından sonra keçirilən brifinqdə çıxışları zamanı deyilir.

Almaniya kansleri Olaf Şolts deyib: “Bizim hamımız üçün müharibədə məsul olanlara, Putin rejimindən qazanc əldə edən oliqarxlara qarşı sanksiyaların tətbiqi vacib qərar idi və biz bunu davam etdirəcəyik. Amma bunun rus xalqının müharibəsi olduğunu düşünmürəm. Bu, Putinin müharibəsidir və biz bu məsələdə aydın olmalıyıq”.

O, ayrı-ayrı ölkələrdə manevr imkanlarının olduğunu etiraf edib və gələcək addımlarla bağlı Avropa səviyyəsində müzakirələri davam etdirib.

Kansler qeyd edib ki, rejimlə razılaşmayan bir çox rusiyalı Rusiyanı tərk etməyə çalışır və onların vəziyyət mürəkkəb olmamalıdır.

Əvəzində Finlandiya hökumətinin başçısı Sanna Marin isə bildirib:

“Normal ruslar bu müharibəni başlatmadılar, lakin biz başa düşməliyik ki, onlar bunu dəstəkləyirlər. Hesab edirəm ki, Rusiya Ukraynada dinc insanları qətlə yetirdiyi bir vaxtda Rusiya Federasiyası vətəndaşlarının Avropada, Şengen zonasında turist kimi sərbəst səyahət edə bilmələri sadəcə ədalətsizlikdir".

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm