Bu layihə Rusiyanın Qərbə xəbərdarlığıdır - "The Sun"
Bizi izləyin

Avropa

Bu layihə Rusiyanın Qərbə xəbərdarlığıdır - "The Sun"

Britaniyanın “The Sun” qəzetinin jurnalisti Tariq Tahir “Arcturus” strateji raket sualtı qayığının konseptual layihəsinin təqdimatını “Qərbə xəbərdarlıq” adlandırıb.

Publika.az xəbər verir ki, jurnalistin sözlərinə görə, Rusiyanın özünün ən müasir sualtı qayığını təqdim etməsi Qərbə xəbərdarlıq məqsədi daşıyır.

Müəllif diqqəti gələcək sualtı qayığın şimal (səma) yarımkürəsindəki ən parlaq ulduzun şərəfinə adlandırdığına diqqət çəkib. Bununla bağlı o, bu sualtı qayığın Arktikada fəaliyyət göstərmək üçün nəzərdə tutulduğunu təklif edib.

Tahir “Arcturus”un “radikal” dizaynına da işarə edib. Onun fikrincə, bu sualtı qayığın bir sıra elementləri “Ceyms Bond filmlərindən yaramazlar üslubunda” hazırlanıb.

“Arcturus” konsept layihəsi Rubin Mərkəzi Dizayn Bürosu (TsKB) tərəfindən “Ordu-2022” forumunda təqdim olunub.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm