ABŞ və Aİ ölkələri Ukrayna üçün BMT-yə TƏLƏB irəli sürdü
Bizi izləyin

Avropa

ABŞ və Aİ ölkələri Ukrayna üçün BMT-yə TƏLƏB irəli sürdü

ABŞ və bəzi Aİ ölkələri avqustun 24-də BMT Təhlükəsizlik Şurasının Ukrayna üzrə iclasının keçirilməsini tələb edib.

Publika.az xəbər verir ki, bu barədə TASS təşkilatdakı mənbəyə istinadən məlumat yayıb.

“Müvafiq sorğu BMT Təhlükəsizlik Şurasının sədrinə göndərilib” – məlumatda bildirilib.

Gözlənildiyi kimi, digər məsələlərlə yanaşı, BMT-nin baş katibi Antonio Quterreşin Ukraynaya səfərinin nəticələri də müzakirə olunacaq .

Daha əvvəl bildirilmişdi ki, BMT-nin baş katibi Antonio Quterreş cümə axşamı Lvova səfər edəcək, burada Ukrayna və Türkiyə prezidentləri Vladimir Zelenski və Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin qeyd etdiyi kimi, o, Zelenskinin dəvəti ilə Ukraynaya səfərə gedəcək. Həmçinin Quterreşin Ukraynaya səfəri zamanı Zaporojye AES ətrafında vəziyyət və Yelenovkadakı istintaq təcridxanasının atəşə tutulması ilə bağlı araşdırmalar müzakirə olunacaq.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm