Şolts İsrailin baş nazirindən ÜZR İSTƏDİ
Bizi izləyin

Avropa

Şolts İsrailin baş nazirindən ÜZR İSTƏDİ

Almaniya kansleri Olaf Şolts İsrailin baş naziri Yair Lapidlə telefonla danışıb və Fələstin prezidenti Mahmud Abbasın Holokostla bağlı açıqlamasına görə ondan üzr istəyib.

Publika.az xəbər verir ki, bu barədə İsrail baş nazirinin ofisi məlumat yayıb.

Telefon danışığı zamanı Şolts Holokostu inkar etmək və ya nisbiləşdirmək cəhdini qətiyyətlə pislədiyini vurğulayıb. Bildirilib ki, Almaniya kansleri üçün “bunu İsrailin baş naziri üçün şəxsən aydınlaşdırması vacib idi, nəinki bunu ictimaiyyətə açıqlamaq”.

Avqustun 16-da Şoltsla birgə mətbuat konfransında Abbasdan 1972-ci ildə Münhen Olimpiadasında 11 israilli idmançını qətlə yetirən fələstinli terrorçulara görə üzr istəmək istəmədiyi soruşulub. Prezident birbaşa cavab vermək əvəzinə, İsraili 1947-ci ildən bəri fələstinlilərə qarşı “50 soyqırımı” törətməkdə ittiham edib.

Bundan sonra Şolts tviter səhifəsində yazıb ki, Almaniya Holokost cinayətlərini inkar etmək cəhdini pisləyir.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm