Avropa
Lvovda saziş imzalandı: Türkiyə Ukraynaya KÖMƏK EDƏCƏK
Türkiyə və Ukrayna münaqişə nəticəsində dağılmış infrastrukturun bərpasına dair saziş imzalayıb.
Publika.az xəbər verir ki, bu barədə Ukrayna İnfrastruktur Nazirliyinin məlumatında deyilir.
Qeyd edilib ki, Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov və Türkiyənin ticarət naziri Mehmet Muş Lvovda keçirilən görüşdə sazişi imzalayıblar. Söhbət “Ukraynanın bərpasında Türkiyə tərəfinin iştirakını nəzərdə tutan infrastrukturun bərpasına dair Anlaşma Memorandumu”ndan gedir.
Güman edilir ki, türk biznes və hökumət strukturları konkret bərpa layihələri hazırlaya, həmçinin məsləhət və texniki yardım göstərə bilər.
Xəbər verdiyimiz kimi, avqustun 18-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşmək üçün Lvova səfər edib.
Hüseyn İbadlı
-
Avropa02:42Papanın ağciyərinin bir hissəsi çıxarıldı - YENİLƏNDİ
-
Kriminal01:11Ana bir yaşlı körpəsini amansızlıqla qətlə yetirdi - Təfərrüat
-
Sosial00:45Bir sıra ərazilər işıqsız qalacaq - SİYAHI
-
Qoroskop00:00Günün ULDUZ FALI - İçinizdəki dahi üzə çıxmaq üçün can atır
-
Magazin213 Oktyabr 22:36Tom Kruz karyerasının ən böyük uğursuzluğu ilə üzləşir
-
Art13 Oktyabr 22:24Alyona Əliyeva "44" bədii filminin premyerasından paylaşım etdi - FOTO
-
Art13 Oktyabr 21:48Elxan Müzəffərov vəfat etdi - FOTO
-
Səhiyyə13 Oktyabr 21:36Beyində 539 bölgənin gizli xəritəsi aşkar edildi


































