Ərdoğan Ukraynadan yola düşən gəmilərin sayını AÇIQLADI
Bizi izləyin

Avropa

Ərdoğan Ukraynadan yola düşən gəmilərin sayını AÇIQLADI

"Taxıl ixracı sazişlərinin icrasına başlanandan bəri 25 gəmi Ukrayna limanlarından yola düşüb".

Publika.az xəbər verir ki bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Lvovda Ukrayna lideri Volodimir Zelenski və BMT-nin baş katibi Antonio Quterreşlə görüşdən sonra keşirilən mətbuat konfranında məlumat verib.

"Avqustun 1-də müqavilələrin icrasına başlanandan 25 gəmi yola saldıq. Bu, tədarük edilən və ya çatdırılmaqda olan 625 min ton taxıl deməkdir", - Ərdoğan bildirib.

"Bir ay əvvəl biz BMT, Ukrayna, Rusiya və Türkiyə birgə işin tarixi nümunəsini nümayiş etdirdik. Təkcə Ukrayna deyil, bütün dünya bu sazişin müsbət nəticələrini hiss etməyə başladı. Bu, Ukrayna taxılının Qara dənizdən qlobal bazarlara təhlükəsiz ixracını mümkün etdi" - Türkiyə prezidenti bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm