Almaniya Ukraynaya görə Aİ-lə BİRLƏŞDİ: 50 km məsafədəki hədəflər MƏHV EDİLƏCƏK
Bizi izləyin

Avropa

Almaniya Ukraynaya görə Aİ-lə BİRLƏŞDİ: 50 km məsafədəki hədəflər MƏHV EDİLƏCƏK

Almaniya Aİ ilə birlikdə 80 kilometrə qədər məsafədə hədəfləri məhv edə bilən yüksək dəqiqliyə malik "Vulcano" mərmiləri əldə edib.

Bu barədə Publika.az Almaniya Federal Hökumətinin səhifəsinə istinadla xəbər verir.

Almaniya Aİ ilə birlikdə Ukrayna ordusu üçün 225 "Vulcano" mərmisi alıb. Belə yüksək dəqiqlikli artilleriya mərmiləri Ukraynanın 155 mm-lik silahlarını gücləndirə biləcək.

"Vulcano" Balistik Genişləndirilmiş Mənzil (BER) bələdçi modulu olmayan mərmidir. 52 kalibrli lüləli toplardan atəş açarkən 50 km məsafədəki hədəfləri vurur.

"Vulcano" GLR döyüş sursatının təkmilləşdirilmiş versiyasıdır. Vuruş dəqiqliyi INS / GPS hədəfləmə sistemi və yarı aktiv lazer yönləndirmə sistemi sayəsində əldə edilir. Son mərhələdə işləyir və hərəkət edən hədəfləri vurmaq üçün əlavə imkan verir. Məsələn, bu mərmidən istifadə edərkən "Sezar" artilleriyası, Polşa "Krabı" və ya PzH 2000 70-80 kilometrə qədər məsafədəki hədəfləri vura bilir.

Ukraynanın hansı növ "Vulcano" alacağı hələlik bildirilməyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm