Avropa ölkəsi üçün QORXULU PROQNOZ: 10 çətin qış gəlir...
Bizi izləyin

Avropa

Avropa ölkəsi üçün QORXULU PROQNOZ: 10 çətin qış gəlir...

Elektrik enerjisinin qiymətlərinin artması səbəbindən Belçikada növbəti beş-on qış asan olmayacaq.

Publika.az xəbər verir ki, bunu yerli RTBF televiziyasına istinadən baş nazir Aleksandr de Kroo deyib.

O, Zeebruggeyə işgüzar səfəri zamanı enerji qiymətlərinin artması ilə bağlı ölkə iqtisadiyyatı üçün çətin günlərin olacağını proqnozlaşdırıb.

Kroonun sözlərinə görə, vəziyyətin inkişafı bütün Avropada çox çətindir.

“Bəzi sənayelər enerji qiymətlərinin yüksək olması səbəbindən ciddi çətinliklərlə üzləşir”, - deyə baş nazir bildirib.

O, həmçinin əmin edib ki, hökumət vəziyyətə nəzarət edir, lakin vətəndaşları mümkün problemlərə hazır olmağa çağırır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm