Berbok AÇIQLADI: "Almaniya Ukraynaya söz verib ki..."
Bizi izləyin

Avropa

Berbok AÇIQLADI: "Almaniya Ukraynaya söz verib ki..."

"Almaniya Ukraynaya lazım olan qədər kömək edəcəyinə söz verib".

Publika.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “Bild am Sonntag” qəzetinə müsahibəsində deyib.

"Ağır silahları çatdırırıq. Mən başa düşürəm ki, ukraynalılar daha çox və daha sürətli təchizat istəyirlər. Amma bizdə çoxlu sayda işlək, ultramüasir sistemlər yoxdur. Amma bunlara hazırda ilk növbədə ehtiyac var”, - nazir deyib.

O, əlavə edib ki, hərbi sənaye indi birbaşa Kiyev üçün istehsal edir.

Burbok əlavə edib ki, Almaniya gələn ilin yayında Ukraynanın yeni ağır silahlara ehtiyacı ola biləcəyinə əmindir.

“Ukrayna bizim azadlığımızı, dünya nizamımızı da qoruyur və biz ona lazım olduğu qədər maddi və hərbi dəstək verəcəyik”, – deyə Burbok yekunlaşdırıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm