Avropa
Ukrayna BU TARİXDƏ NATO-ya üzv ola bilər
Ukrayna baş nazirinin müavini Olqa Stefanişina bildirib ki, Kiyev Rusiyanın ölkəyə hərbi təcavüzü başa çatana qədər NATO-ya üzv olmaq imkanı əldə edə bilər.
Publika.az xəbər verir ki, o, bu barədə "European Truth"a müsahibəsində danışıb.
Stefanişina xatırladıb ki, Kiyev dəfələrlə alyansa qəbul olunmaq üçün müraciət edib.
"İndi Brüssel qərar verməlidir. Mən təfərrüatlara varmaq istəmirəm, amma NATO-ya daxil olmağımızla bağlı qərar hətta Rusiyanın Ukraynada apardığı müharibə bitməmiş verilə bilər ", - o qeyd edib.
Eyni zamanda, siyasətçi silahlı münaqişədə iştirak edən və ya ərazi mübahisəsi iştirakçısı olan ölkənin alyansa qoşulmaq hüququnun olmaması fikri ilə də razılaşmayıb:
"Bu, doğru deyil. NATO-nun keçmiş baş katibi Rasmussen bunun həyata keçirilə biləcəyi düsturlar təklif etmişdi" - siyasətçi əlavə edib.
Bundan əvvəl Pentaqonun rəhbəri Lloyd Ostin gələcəkdə Ukraynanın NATO-ya daxil ola biləcəyini söyləyib. O, əmin edib ki, alyans "açıq qapılar" siyasətindən əl çəkməyəcək. "Mən həqiqətən inanıram ki, gələcəkdə belə bir fürsət olarsa, Ukrayna NATO-ya üzv olmaq üçün yenidən müraciət etməyə çalışacaq", - o vurğulayıb.
Akqabay
-
MDB11:51Rusiya paytaxtında həyəcanlı anlar: Bina gülləbaran edildi - VİDEO
-
Hadisə11:38Hərbi hissələrdə görüşə məhdudiyyət qoyuldu
-
MDB10:46Keçmiş nazirə qiyabi həbs cəzası kəsildi
-
Ekologiya10:28Azərbaycanda yağmursuz hava hökm sürür - FAKTİKİ HAVA
-
MDB10:10Ukrayna Silahlı Qüvvələrinin baş komandanına qiyabi həbs cəzası kəsildi
-
Dünya08:45Dünya 13 noyabrda məhv olmalı idi... - Alimlərin proqnozu niyə özünü doğrultmadı?
-
ABŞ07:55ABŞ-da təyyarələrin uçuşuna qoyulan qadağa ləğv edildi - Yeniləndi
-
Sosial07:35Sumqayıtda ilkin mərhələdə hansı evlər söküləcək? - Video























.png)












