Britaniyadan ŞOK ÇAĞIRIŞ: "Qoy böcək yesinlər..."
Bizi izləyin

Avropa

Britaniyadan ŞOK ÇAĞIRIŞ: "Qoy böcək yesinlər..."

Böyük Britaniya Konqo Demokratik Respublikası və Zimbabveyə kömək məqsədilə yeməli həşəratların yetişdirilməsinə yönələcək layihə hazırlayıb.

Publika.az xəbər verir ki, bu barədə “The Guardian” məlumat yayıb.

Ölkənin bu məqsədlər üçün 50 min funt sterlinq ayıracağı bildirilir. Xüsusilə Konqo Demokratik Respublikasında mal-qara üçün az torpaq qaldığından sakinlərə Afrika xurma böcəyi, termit və kriket yetişdirməkdə köməklik göstəriləcək.

Zimbabvedə məktəblərdə süfrəyə verilən sıyıqlarda qurdlardan, eləcə də tırtıllardan istifadə layihəsi həyata keçiriləcək. Rəsmilər bu növ həşəratların tərkibində insan orqanizmi üçün vacib olan vitamin və mineralların olduğunu iddia edirlər.

Layihənin rəhbəri Dandidəki Abertay Universitetinin qida kimyası və texnologiyası professoru Alberto Fiore Afrikanın həşərat yetişdirmə təşəbbüsünün yerli əhali üçün böyük fayda olduğunu, çünki onların idxal olunan qidaları ödəyə bilmədiyini söyləyib.

Onun sözlərinə görə, tərkibində qurd və tırtıl olan qablar əla dada malikdir və həm də çox sağlamdır. Yaxın vaxtlarda qurdlu sıyığın uşaqların akademik göstəricilərinə təsiri ilə bağlı tədqiqatların aparılması nəzərdə tutulur.

“Planet hədlərini aşan əhalinin iştahını və biomüxtəlifliyi məhv edən və iqlimi dəyişən hazırkı kənd təsərrüfatının vəziyyətini nəzərə alsaq, bizim ərzaq istehlak tərzimizi, eləcə də fikirlərimizi dəyişməkdən başqa çarəmiz yoxdur”, - təşkilatın təsisçisi bildirib.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm