Bu, Qərbə baha başa gələcək - XƏBƏRDARLIQ
Bizi izləyin

Avropa

Bu, Qərbə baha başa gələcək - XƏBƏRDARLIQ

Amerikalı iqtisadçı və enerji eksperti Anas Alhaji G7 ölkələrinə Rusiyadan neftə məhdudiyyət tətbiq etməyin ciddi nəticələri barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə o, özünü tviter səhifəsində yazıb.

"İnsanlar Rusiya neftinin qiymətlərinə "nəzəri" tavan tətbiq etməyin nə qədər baha başa gələcəyini başa düşürlərmi?" - deyə o, qeyd edib.

Alhaji əlavə edib ki, bu vəziyyətdə ən çox əziyyət çəkən Amerika və Avropa vergi ödəyiciləri olacaq, çünki enerji daşıyıcılarının çatdırılması xərclərinin artması səbəbindən onların xərcləri də artacaq.

İqtisadçı onu da vurğulayıb ki, yuxarı qiymət limitinin tətbiqi üçün G7 ölkələri öz növbəsində hər bir sənədin düzgün doldurulmasını və hər bir bank əməliyyatının tələblərə cavab verməsini təmin edəcək 87 min müfəttiş işə götürməyə məcbur olacaqlar.

Daha əvvəl Rusiya Energetika və Maliyyə İnstitutunun (IEF) energetika üzrə baş direktorunun müavini Aleksey Beloqoriyev bildirib ki, Rusiya qazı hazırda Avropada və dünyada ən ucuz qazlardan biridir və hazırda Aİ ölkələrinin onun qiymətlərini məhdudlaşdırmaq üçün heç bir əsası yoxdur.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm