Avrozonada inflyasiya dekabrda pik həddə çatacaq - ŞOK PROQNOZ
Bizi izləyin

Avropa

Avrozonada inflyasiya dekabrda pik həddə çatacaq - ŞOK PROQNOZ

Almaniya Federal Bankının (Bundesbank) prezidenti və Avropa Mərkəzi Bankının (AMB) Rəhbərlər Şurasının üzvü Yoahim Nagel hesab edir ki, avrozonada inflyasiyanın dekabrda pik həddə çatması və 10%-i ötməsi ehtimalı var.

Publika.az xəbər verir ki, Nagel bu fikrini “Deutschlandfunk” radiostansiyasında səsləndirib.

“Biz artıq demişdik ki, indi rəqəmlərdə gördüyümüz qiymətlərin artmağa davam edəcəyi ehtimalı var. Dekabrda isə pik (inflyasiya) 10%-dən çox ola bilər”, - Bundesbank rəhbəri bildirib.

Eyni zamanda, o, avrozonada 2023-cü ildə qiymət artımı səviyyəsində bir qədər - 6%-ə qədər azalma proqnozlaşdırıb.

Avqustun sonunda Nagel bildirmişdi ki, Almaniya iqtisadiyyatı bu qış tənəzzüllə üzləşə bilər, payızda isə ölkədə inflyasiyanın ikirəqəmli rəqəmə çatması mümkündür.

Bir gün əvvəl “Reuters” mənbələrə istinadən yazmışdı ki, AMB rəhbərliyi avrozonada rekord inflyasiyanı saxlamaq üçün əsas faiz dərəcəsini 2%-ə və ya daha çox artırmağı düşünür.

“Eurostat” məlumatlarına görə, 19 avrozona ölkəsində illik inflyasiya 2022-ci ilin avqust ayının sonuna kimi rekord həddə - 9,1%-ə yüksəlib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm