Berlin “Leopard”ları Kiyevə niyə vermədi?
Bizi izləyin

Avropa

Berlin “Leopard”ları Kiyevə niyə vermədi?

Almaniya hökuməti hakim koalisiya daxilində Kiyevin israr etdiyi “Leopard” tanklarının Ukraynaya verilməsindən imtina etmək barədə razılığa gəlib.

Publika.az xəbər verir ki, bu barədə “Bild” yazıb.

Almaniya Sosial Demokrat Partiyasının (SPD) həmsədri Lars Klinqbeyl bildirib ki, müvafiq qərar onunla bağlıdır ki, Ukrayna hərbçilərinin bu hərbi texnikaya nəzarət etmək üçün təlimi çox vaxt aparacaq.

Klinqbeyl nöqteyi-nəzərindən, Ukrayna əsgərlərinin “Leopard”dan istifadəyə öyrədilməsi zərurətini nəzərə alsaq, onların köçürülməsi indiki şəraitdə o qədər də məqsədəuyğun sayılmır. O, həmçinin əlavə edib ki, Almaniya hökuməti hələlik bu tankların Kiyevə çatdırılmayacağına dair yekdil fikirdədir.

“Bu döyüş tankları üzrə təlimlər münaqişənin indiki mərhələsində hər hansı bir effekt vermək üçün çox uzun çəkir. Ukrayna əsgərlərinin özləri planlaşdırıldığından daha uzun müddət təlim keçmələrini istədilər” - deyə Klingbeil fikrini yekunlaşdırıb.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm