Norveç də rusların üzünə qapıları BAĞLADI
Bizi izləyin

Avropa

Norveç də rusların üzünə qapıları BAĞLADI

Avropa İttifaqının ardınca Norveç də Rusiya ilə viza rejiminin sadələşdirilməsi sazişini tamamilə dayandırıb.

Bu barədə Publika.az "Barents Observer"ə istinadla xəbər verir.

“Norveç və Rusiya arasında viza rejiminin sadələşdirilməsinə dair saziş 2022-ci il sentyabrın 22-dən müvəqqəti olaraq dayandırılıb”, - Norveç İmmiqrasiya İdarəsi bildirib.

Bu qərar Aİ Şurasının 9 sentyabr 2022-ci il tarixli qərarını təkrarlayır.

Norveç Aİ-nin üzvü deyil, lakin Şengen zonasının bir hissəsidir və Rusiya ilə 198 kilometrlik quru sərhədini bölüşür. Kola yarımadasının sakinləri Norveç mağazalarında alış-veriş edərkən tez-tez sərhədi keçirlər. 2007-ci ildə iki ölkə vətəndaşlarının gediş-gəlişini asanlaşdırmaq məqsədi daşıyan xüsusi saziş imzalanıb.

Bu razılaşma Rusiya Federasiyasının şimal bölgələrinin sakinləri tərəfindən müsbət qarşılanıb. Burada bir çoxları Norveçə beş ilə qədər etibarlı olan çoxdəfəlik giriş vizası üçün müraciət etmək fürsətindən istifadə ediblər

Rusiya Federasiyası ilə birbaşa quru sərhədləri olan Şengen sazişinin bütün digər ölkələri artıq rusların Şengen vizalarının alınmasını çətinləşdirib. Bu siyahıya Finlandiya, Baltikyanı ölkələr və Polşa daxildir.

Xatırladaq ki, İsveçrə də Rusiya ilə sadələşdirilmiş viza rejimini dayandırıb.

Bundan əvvəl Aİ Şurası Rusiya Federasiyası ilə sadələşdirilmiş viza rejiminə dair sazişin tam ləğvini təsdiqləyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm