İranın Yunanıstandakı səfirliyinə “molotov kokteyli” atdılar
Bizi izləyin

Avropa

İranın Yunanıstandakı səfirliyinə “molotov kokteyli” atdılar

Naməlum şəxslər İranın Afinadakı səfirliyinin divarına molotov kokteyli atıblar.

Publika.az xəbər verir ki, bu barədə Afina polisi məlumat yayıb.

Bildirilib ki, insident nəticəsində heç kim xəsarət almayıb. Hətta binaya maddi ziyan da dəyməyib.

Yunanıstan polisinin məlumatına görə, üzləri şərflə örtülmüş iki nəfər motosikletlə İran səfirliyinə yaxınlaşaraq səfirliyin divarına “molotov kokteyli” atıb.

Hələlik heç kim bu hücuma görə məsuliyyəti üzərinə götürməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm