Avropa
Ombudsman Baş katiblə görüşdü
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Strasburq şəhərində rəsmi səfərdədir.
Ombudsman Aparatından Publika.az-a bildirilib ki, səfər çərçivəsində ombudsman Avropa Şurasının Baş katibi Mariya Buriç ilə görüş keçirib.
Görüş zamanı S.Əliyeva bu il Azərbaycanda Ombudsman Aparatının 20 illiyinin qeyd olunduğunu xatırladaraq, bu illər ərzində Avropa Şurası ilə əməkdaşlıqda həyata keçirilmiş çoxsaylı layihələrin təsisatın inkişafına töhfə verdiyini qeyd edib. Çıxış zamanı Ombudsman Aparatının və regional mərkəzlərinin işinin təkmilləşdirilməsi istiqamətində son illərdə aparılmış islahatlar da nəzərə çatdırılıb.
Daha sonra ombudsman 30 ilə yaxın müddətdə ölkəmizin Ermənistan tərəfindən məruz qaldığı təcavüz siyasəti, o cümlədən məcburi köçkünlərimizin pozulmuş hüquqları barədə danışıb. O, həmçinin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş 3890 azərbaycanlının taleyinin bu günədək məlum olmaması faktına toxunub.
Bundan başqa, M.Buriç Ermənistanın işğal dövründə minaladığı ərazilərimiz, bu baxımdan məcburi köçkünlərin təhlükəsiz qayıdışı üçün yaranan çətinliklər, mina partlayışlarının səbəb olduğu insan tələfatı barədə də məlumatlandırılıb.
Azərbaycan ombudsmanı görüşdə Ermənistanın törətdiyi son təxribatların çoxsaylı insan tələfatına səbəb olduğunu, bu kimi halların regionda ədalətli və dayanıqlı sülhə maneə yaratdığını da diqqətə çatdırıb.
Yekunda S.Əliyeva beynəlxalq təşkilatların bu məsələdə qəti mövqe göstərəcəyinə inandığını bildirib.
Görüş əsnasında tərəfləri maraqlandıran digər məsələlər müzakirə olunub.
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO
-
Yaxın Şərq09:12
İsrail İranı vurdu: görün neft bahalaşaraq neçəyə oldu
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ