Zelenski Putinə danışıqlarla bağlı ultimatum verdi
Bizi izləyin

Avropa

Zelenski Putinə danışıqlarla bağlı ultimatum verdi

Ukrayna prezidenti Volodimir Zelenski Rusiya Federasiyasının prezidenti Vladimir Putinə “referendumların” tanınması və gələcək danışıqlarla bağlı ultimatum verib.

Publika.az xəbər verir ki, o bu barədə görüşün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında çıxışı zamanı məlumat verib.

Zelenski bildirib ki, əgər Rusiya “referendumların” nəticələrini tanıyarsa, o zaman onun Putinlə danışacaq başqa heç nəyi yoxdur:

“Rusiya Federasiyası tərəfindən bu psevdoreferendumların normal tanınması, qondarma “Krım ssenarisi”nin həyata keçirilməsi, ərazilərin ilhaqına növbəti cəhd o demək olacaq ki, bizim Rusiya Federasiyasının prezidenti Vladimir Putinlə danışmağa heç nə yoxdur"

Prezidentin sözlərinə görə, ilhaq Putini bütün bəşəriyyətə qarşı təkbətək qoyan addımdır. Ona görə də dünyanın hər bir ölkəsindən müvafiq siqnallar tələb olunur.

Xatırladırıq ki, bu gün BMT Təhlükəsizlik Şurasının Ukraynanın işğal olunmuş ərazilərində keçirilən qanunsuz “referendumlar”la bağlı növbədənkənar iclası keçirilir.

Üç gün əvvəl Ukrayna Rusiya Federasiyasının müvəqqəti işğal etdiyi ərazilərdə keçirməyə çalışdığı “referendumlar”la bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasını tələb edib .

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm