İsveçdə yeni hökuməti kim qurur?
Bizi izləyin

Avropa

İsveçdə yeni hökuməti kim qurur?

İsveçdə yeni hökumət danışıqları davam edir. Baş nazir postuna Mötədil Koalisiya Partiyasının lideri Ulf Kristersson iddialıdır. Mötədillərə İsveç Demokratları Partiyası və Xristian Demokrat Partiyası dəstək verir.

Publika.az "novator.az"-a istinadla bildirir ki, 1963-cü il təvəllüdlü Ulf Kristersson iqtisadçıdır. Paytaxt Stokholmda merin müavini postunu tutub, 2010-2014-cü illərdə səhiyyə və sosial məsələlər naziri olub.

Sentyabrın 11-də keçirilmiş parlament seçkisində Sosial Demokrat Fəhlə Partiyası 107, İsveç Demokratları Partiyası 73, Mötədil Koalisiya Partiyası 68, Mərkəz Partiyası 24, Sol Partiya 24 mandat, Xristian Demokrat Partiyası 19, Yaşıllar Partiyası 18, Liberallar Partiyası 16 mandat alıb.

349 nəfərlik parlamentdə hökumət qurmaq üçün 175 mandat gərəkdir.

Hazırda hökumətə sosial demokrat Maqdalena Andersson başçılıq edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm