Qərb Rusiyaya görə tələyə düşüb - Polkovnik
Bizi izləyin

Avropa

Qərb Rusiyaya görə tələyə düşüb - Polkovnik

Keçmiş İsveçrə kəşfiyyatçısı və NATO müşaviri, polkovnik Jak Beaux bildirib ki, Qərb Rusiyanı sanksiyalar vasitəsilə məhv etmək cəhdində tələyə düşüb.

Publika.az xəbər verir ki, onun sözlərinə görə, ABŞ sonda bu vəziyyətdən Rusiyaya qarşı mübarizədə alət kimi istifadə etmək üçün Ukraynada münaqişəyə səbəb olub.

“Münaqişənin ilkin məqsədi Rusiyanı təhrik etmək və sanksiyalar vasitəsilə iqtisadiyyatını məhv etmək idi. Problem ondadır ki, onlar işləmir. Qərb ümid edirdi ki, sanksiyalar Rusiyaya böyük ziyan vuracaq, lakin bu baş vermədi. Bundan əlavə, yeni məhdudiyyətlərin də heç bir təsiri yoxdur. Qərb öz səhv hesablamasının tələsinə düşüb və bu, Ukrayna üçün çox təəssüf doğurur" - NATO-nun keçmiş müşaviri vurğulayıb.

Akqabay Mıradov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm