Kleverlidən NÜVƏ MESAJI: "Krallıq cavab verəcək"
Bizi izləyin

Avropa

Kleverlidən NÜVƏ MESAJI: "Krallıq cavab verəcək"

"Hər hansı bir ölkə nüvə silahından istifadə edərsə, krallıq buna cavab verəcək".

Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli bildirib.

Mühafizəkarlar Partiyasının qurultayında Xarici İşlər Nazirliyinin rəhbərinə Ukraynada nüvə silahından istifadənin mümkün olub-olmaması ilə bağlı sual verilib. Kleverli İngiltərə və Qərb ölkələri üçün "qırmızı xətt"in nə olacağını deyə bilməyib. O, həmçinin cavab üçün konkret variantları müzakirə etməkdən imtina edib.

"İstənilən ölkənin və dünyanın hər hansı bir yerində nüvə silahından istifadə etməsinin cavabsız qalmayacağını fərz etsək, bu, qaçılmaz olardı", - deyə, nazir əlavə edib.

Kleverli əmin edib ki, Britaniya Ukraynanı dəstəkləməyə davam edəcək, London və onun müttəfiqləri isə strateji dözüm nümayiş etdirməlidirlər. Əks halda, Qərb qətiyyətinin olmadığını göstərəcək.

Qeyd edək ki, bu, Britaniyanın nüvə silahından istifadə ilə hədələməsi ilk dəfə deyil. Avqustun 23-də krallığın baş naziri Liz Truss, lazım gələrsə, kütləvi qırğın silahlarından istifadə edəcəyini açıqlayıb. O, əmindir ki, bu, baş nazirin mühüm vəzifəsidir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm