Bolqarıstanda mandatlar belə bölündü
Bizi izləyin

Avropa

Bolqarıstanda mandatlar belə bölündü

Bolqarıstanda oktyabrın 2-də seçilmiş parlamentdə ilkin mandat bölgüsü məlum olub. GERB Partiyası ilə müttəfiqi Demokratik Qüvvələr İttifaqı 67 mandatla öndədir.

Publika.az xəbər verir ki, GERB Partiyasının lideri Boyko Borisov 2009-2013, 2014-2017 və 2017-2021-ci illərdə baş nazir postunu tutub.

Məlumatda deyilir ki, Yeniliklərə Davam Partiyası qanunverici orqana 53, Hüquq və Azadlıq Hərəkatı 36, Dirçəliş Partiyası 27, Sosialist Partiyası 25, Demokratik Bolqarıstan Partiyası 20, Bolqar Üsyanı Partiyası 12 mandatla düşür.

Qeyd edək ki, proporsional üsulla (partiya siyahıları üzrə) seçilən Bolqarıstan parlamenti 240 deputatdan ibarətdir. Hökumət qurmaq üçün 121 mandat gərəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm