Aleksander Van der Bellen: "Türkiyə taxıl böhranında çox mühüm işlər gördü"
Bizi izləyin

Avropa

Aleksander Van der Bellen: "Türkiyə taxıl böhranında çox mühüm işlər gördü"

Avstriya prezidenti Aleksander Van der Bellen Türkiyənin taxıl böhranında çox mühüm işlər gördüyünü bildirib.

Publika.az-ın xəbərinə görə, prezident Bellen Türkiyenin Rusiya ilə Ukrayna arasında vasitəçilik rolu, taxıl müqaviləsi və Avropadakı enerji böhranı ilə bağlı açıqlamalar verib.

Bellen Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının keçirildiyi Nyu-Yorkdakı Türk Evində prezident Rəcəb Tayyib Ərdoğanla görüşünün təfərrüatlarına toxunub.

O Türkiyənin 24 fevralda başlayan Rusiya-Ukrayna müharibəsində vasitəçi rolundan da ağızdolusu danışıb:

"Türkiyə bu böhranda çox mühüm işlər gördü. Ukrayna və ya Rusiya taxılları Qara dəniz üzərindən daşına bilməsəydi, biz dünyanın müxtəlif yerlərində, xüsusilə Afrika və Orta Şərqdə aclıq böhranı ilə üzləşərdik. Bu, Türkiyənin vasitəçiliyi və Ərdoğanın Qutterreşlə təşəbbüsləri sayəsində oldu”.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm