Nüvə təhlükəsi Polşanı HƏRƏKƏTƏ GƏTİRDİ
Bizi izləyin

Avropa

Nüvə təhlükəsi Polşanı HƏRƏKƏTƏ GƏTİRDİ

Nüvə silahından istifadə təhlükəsini nəzərə alaraq Polşa NATO-nun nüvə silahlarından birgə istifadə mexanizminə qoşulmaq üçün ABŞ-la danışıqlar aparır.

Publika.az xəbər verir ki, bu barədə Polşa Prezidenti Andrjey Duda “Qazeta Polska” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, əsas problem Polşanın nüvə silahına malik olmamasıdır və yaxın gələcəkdə bu silahlara sahib olacağı gözlənilmir: “Ona görə də nüvə silahlarından birgə istifadə mexanizmindən istifadə hər zaman potensial imkan kimi dəyərləndirilir. Biz ABŞ siyasətçiləri ilə belə bir imkanın nəzərdən keçirilməsinə dair danışıqlar aparırıq. Mövzu açıq olaraq qalır”.

Bu mexanizm NATO-nun nüvə silahının tətbiqindən çəkindirmə proqramının tərkib hissəsidir və nüvə silahına malik olmayan üzv dövlətlərə bu silahların NATO tərəfindən istifadəsini planlaşdırmada iştirak etmək imkanı yaradır. Nüvə silahları müəyyən edilmiş ölkələrin ərazisində yerləşdirilsə də, onlara nəzarət hüququ ABŞ-a məxsus olur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm