İtaliyada 4 tondan çox kokain ələ keçirildi
Bizi izləyin

Avropa

İtaliyada 4 tondan çox kokain ələ keçirildi

İtaliya maliyyə polisinin beynəlxalq narkotik alverçilərinə qarşı keçirdiyi əməliyyatda 4 tondan çox narkotik vasitə - kokain müsadirə edilib.

Publika.az xəbər verir ki, Kalabriya Mafiya ilə Mübarizə Prokurorluğunun tələbi ilə keçirilən əməliyyat Kalabriya ilə yanaşı, Milan, Roma, Neapol, Bari, Terni, Viçenza və Novara şəhərlərini əhatə edib. Əməliyyat zamanı 36 nəfər saxlanılıb, bazar dəyəri təxminən 800 milyon avro olan 4 tondan çox kokain ələ keçirilib. Saxlanılan şəxslər müxtəlif üsullarla Gioia Tauro limanını narkotik qaçaqmalçılığı üçün logistik baza kimi istifadə etməkdə ittiham olunurlar. 36 nəfərdən 34-ü barəsində həbs qətimkan tədbiri, 2 nəfər barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bundan başqa, ümumi dəyəri 7 milyon avro olan daşınar və daşınmaz əmlaka həbs qoyulub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm