Makrondan Ukrayna AÇIQLAMASI
Bizi izləyin

Avropa

Makrondan Ukrayna AÇIQLAMASI

Fransa Prezidenti Emmanuel Makron Ukraynanın müharibə səylərini dəstəkləmək üçün xüsusi fond yaratmaq qərarını açıqlayıb.

Publika.az xəbər verir ki, Makron bu haqda Çexiyanın paytaxtı Praqada keçirilən sammitindən sonra təşkil edilən mətbuat konfransında danışıb.

Makron bildirib ki, Fransa əlavə SEZAR haubitsalarının çatdırılması ilə bağlı bəzi avropalı tərəfdaşları ilə işi davam etdirir:

“Zirvə toplantısında biz həmçinin Ukraynanın müharibə səylərini və Rusiya təcavüzünə qarşı müqaviməti dəstəkləmək üçün lazım olanda birbaşa sənayeçilərimizdən ən çox ehtiyac duyulan ləvazimatları almağa imkan verəcək xüsusi fond yaratmağa qərar verdik”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm