Avropa
Kvasnevski: “Putin Ukraynanı normal ölkə saymırdı...”

Polşanın keçmiş prezidenti əmindir ki, Vladimir Putin artıq reallıqla əlaqəni itirib və siyasətini dəyişməyəcək, ona görə də Rusiyanın Ukraynaya qarşı müharibəsi uzun çəkəcək.
Publika.az xəbər verir ki, 1995-2005-ci illərdə Polşa prezidenti olmuş Aleksandr Kvasnevski “radio NV”yə müsahibəsində Rusiya liderinin gərgin vəziyyətlərdə hansı məntiqdən istifadə etdiyini, Ukraynaya qarşı müharibədə daha hansı addımları ata biləcəyini açıqlayıb.
Siyasətçinin fikrincə, Ukraynada gözlənilən məğlubiyyəti nəzərə alaraq, Rusiyanın NATO-ya qarşı uğurlu müharibə aparacağını təsəvvür etmək mümkün deyil:
“Putin tamam başqa ssenari xəyal edirdi. Düşünürdü ki, müharibəni başlayacaq, hər şey çox sürətlə gedəcək və Kiyevdə “nasist” adlandırdığı Ukraynanın demokratik hökumətini devirmək imkanı yaranacaq. Bu, onun ssenarisi idi. O, Ukraynanın bu qədər güclü və uğurlu mübarizə aparacağını güman etmirdi. Ukraynalı əsgər və zabitlərin keyfiyyəti ruslardan qat-qat yüksəkdir. Bütün bunlar onun planına uyğun gəlmir. Mənim heç bir şübhəm yoxdur, çünki Putinlə bu barədə uzun illər əvvəl, 20 il öncə danışmışdım, o, həmişə Ukraynaya nəzarət etmək istəyirdi. Onun üçün Ukrayna strateji əhəmiyyət kəsb edir. Təbii ki, o, ukraynalılara hörmət bəsləmir, Ukraynanı normal ölkə hesab etmirdi. Bu onun planı idi və ölənə qədər də belə qalacaq. Mən heç bir dəyişiklik gözləmirəm.
İndi onun 70 yaşı tamam oldu. Yaşlanır və fikrimcə, getdikcə reallıqdan uzaqlaşır. O, reallıq, baş verən hər şey haqqında anlayışını itirir”.

-
Magazin118:48
Zaur və xanımı ölkədən gedir? - ÖZÜ DANIŞDI
-
MDB18:24
Kabab bişirənlərə XƏBƏRDARLIQ - 15 min rubl cərimə gözləyir
-
Gözəllik18:00
Pakistanlı Əli ilə azərbaycanlı Nərgizin sevgi hekayəsi - FOTOLAR
-
Sosial17:00
Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki...
-
Hadisə16:15
Elgünün ölümündən əvvəl son VİDEOSU
-
Elm və təhsil14:58
İxtisası deyil, qrupu seçməyin fəsadı: Bu fənni tədris edəcək müəllimlər tapılmayacaq
-
Maraq dünyası14:00
Üç min illik tarixi olan cənnət: Bu şəhərdə əbədi bahar var - FOTOLAR
-
Ekologiya13:15
Sabah hava yağmursuz keçəcək