"G-7"-dən Ukrayna AÇIQLAMASI
Bizi izləyin

Avropa

"G-7"-dən Ukrayna AÇIQLAMASI

ABŞ , Kanada, Almaniya, İngiltərə, Fransa, İtaliya və Yaponiyadan ibarət "G7" ölkələrinin liderləri Rusiya ordusunun Ukraynanın bir çox bölgəsinə raket zərbələri endirməsindən sonra fövqəladə iclas keçirib.

Publika.az xəbər verir ki, iclasda "Böyük yeddilik" ölkələrinin liderləri Rusiyanın Ukraynaya son raket hücumlarını pisləyib.

"G-7" liderləri bu ölkəyə maliyyə, humanitar, hərbi və diplomatik dəstəyi davam etdirəcəklərini bəyan ediblər.

Liderlər həmçinin Rusiyanın gərginliyi artıran məsuliyyətsiz nüvə ritorikasını və qismən səfərbərlik elanını pislədiklərini açıqlayıblar.

“Rusiyanın kimyəvi, bioloji və ya nüvə silahından istifadə etməsinin ağır nəticələri olacaq'', - deyə birgə bəyanatda bildirilib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm