Avropa
Makron Ukraynaya hərbi yardımı artıracaq

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbi yardımı intensifikasiya etmək niyyətində olduğunu açıqlayıb.
Publika.az xəbər verir ki, bu barədə dövlət başçısı “France 2” telekanalının efirində danışıb.
“Biz məşhur “Sezar” artilleriya qurğularını təhvil verdik və ukraynalılar bizə təşəkkür ediblər. Biz davam edəcəyik”, - E.Makron bildirib.
Dövlət başçısı daha 6 “Sezar”ın Ukraynaya tədarükü üzərində işlərin getdiyini vurğulayıb. O həmçinin raketlərin, hava hücumundan müdafiə sistemlərinin və radarların tədarükü planlarını açıqlayıb:
“Ukraynalıların istədikləri qədər tədarük edə bilmirik, çünki şərq cinahımızı qorumaq üçün silahlarımız olmalıdır. Biz öz milli ərazimizi qoruyuruq. Müharibənin ilk günlərindən Rumıniyaya hərbçilərimizi göndərdik. Biz mövcudluğumuzu gücləndiririk”.

-
MDB18:24
Kabab bişirənlərə XƏBƏRDARLIQ - 15 min rubl cərimə gözləyir
-
Gözəllik18:00
Pakistanlı Əli ilə azərbaycanlı Nərgizin sevgi hekayəsi - FOTOLAR
-
Sosial17:00
Cibi də yandırır, evi də: Bu lampalardan istifadə edin ki...
-
Hadisə16:15
Elgünün ölümündən əvvəl son VİDEOSU
-
Elm və təhsil14:58
İxtisası deyil, qrupu seçməyin fəsadı: Bu fənni tədris edəcək müəllimlər tapılmayacaq
-
Maraq dünyası14:00
Üç min illik tarixi olan cənnət: Bu şəhərdə əbədi bahar var - FOTOLAR
-
Ekologiya13:15
Sabah hava yağmursuz keçəcək
-
Sosial12:39
Döyülərək öldürüldüyü deyilən Elgün intihar edib? - Rəsmi açıqlama