Rusiya qazının Avropaya tədarükünün dayandırılması... - BVF
Bizi izləyin

Avropa

Rusiya qazının Avropaya tədarükünün dayandırılması... - BVF

Beynəlxalq Valyuta Fondunun (BVF) Avropa Departamentinin direktoru Alfred Kammer Rusiya qazının Avropaya tədarükünün tamamilə dayandırılmasının nəticələrini proqnozlaşdırıb.

Publika.az xəbər verir ki, onun fikrincə, bu, bir sıra Avropa ölkələrində ÜDM-in üç faizə qədər azalmasına və inflyasiyanın növbəti sıçrayışına səbəb olacaq.

“Mövcud şəraitdə Avropa hakimiyyəti ciddi kompromislər və çətin siyasi seçimlər qarşısındadır. Onlar həssas ailə təsərrüfatlarına və iqtisadi cəhətdən dayanıqlı şirkətlərə enerji böhranının öhdəsindən gəlməyə kömək etməklə yanaşı, inflyasiyanı aşağı salmalıdırlar”, - Kammer bildirib.

O, əlavə edib ki, 2021-ci illə müqayisədə Rusiya qazının Avropaya tədarükü 80 faizdən çox azalıb ki, bu da enerji qiymətlərinin kəskin artmasına, şirkətlərin xərclərinin artmasına və yaşayış xərcləri böhranına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm