Sunak ilk dəfə Ukraynadakı müharibədən DANIŞDI: "İş indi başlayır"
Bizi izləyin

Avropa

Sunak ilk dəfə Ukraynadakı müharibədən DANIŞDI: "İş indi başlayır"

"Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı apardığı müharibə bütün dünyada enerji bazarlarını və təchizat zəncirlərini sabitsizləşdirib".

Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

"Burada yeni baş nazir kimi niyə qarşınızda durduğumu izah etmək düzgün olar. Ölkəmiz hazırda dərin iqtisadi böhranla üz-üzədir. COVID-19-un təsirləri hələ də görünür. Putinin Ukraynadakı müharibəsi bütün dünyada enerji bazarlarını və təchizat zəncirlərini sabitsizləşdirib. Əvvəlki hökumət səhvlərə yol verdi. Mən qismən onları düzəltmək üçün öz partiyamın lideri və sizin baş nazir seçildim. Və bu iş indi başlayır”, Sunak bildirib.

Sunak həmçinin bildirib ki, hökumət başçısı kimi qeyri-adi nailiyyətlərinə görə keçmiş baş nazir Boris Consona hər zaman minnətdar olacaq.

Xatırladaq ki, oktyabrın 25-də Rişi Sunak rəsmi olaraq Böyük Britaniyanın yeni baş naziri olaraq fəaliyyətə başlayıb. O, artıq hökumətin formalaşdırılması proseduruna start verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm